20 C
Baku
Thursday, October 3, 2024

Şanxayda “Tesla Model S “elektrik avtomobili partlayıb

İnternetdə Tesla Model S elektrik avtomobilin partlayışını əks etdirən video görüntüsü yayılıb. Hadisə 21 aprel tarixində, Çinin Şanxay şəhərinin dayanacağında baş verib. “Tesla” nin verdiyi məlumata görə, hadisə ilə bağlı araşdırmalar aparılır.

Videoda avtomobil birinci tüstülənir, sonra isə partlayır. Partlayış nəticəsində daha bir neçə avtomobil zədələnib. Şirkətin verdiyi məlumata görə, heç kim xəsarət almayıb.

Banker.az bildirir ki, Sözsüz ki, bu hadisə “Tesla” nın imicinə neqativ təsir edəcək. Ümumilikdə 2013-cü ilə bəri 14 dəfə partlayış halı qeydə alınmışdır, çox vaxt qəza nəticəsində.

“Tesla” özü isə qeyd edir ki, onun istehsal etdiyi avtomobilləri adi nəqliyyat vasitələri ilə müqayisədə 10 dəfə təhlükəsizdir.

Son xəbərlər
Digər xəbərlər