2013-cü ildən fəaliyyət göstərən “City Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçisi dəyişib.
BOKT-un müvafiq olaraq 66,7%-lik və 33,3%-lik təsisçiləri Ramiz Eyvazov və Vüqar Dəmirov paylarını “AGA Group”a satıblar, bu barədə məlumatı Report Agentliyi yayıb.
Alqı-satqıdan sonra maliyyə qurumunun yeni təsisçisi onun nizamnamə kapitalını 625 min manat və yaxud 1,67 dəfə artıraraq 1 milyon manata çatdırıb.








