2 C
Baku
Saturday, December 14, 2024

Alman bir balıqçı şüşə qabda 100 il yaşı olan məktub tapıb

Alman balıqçı Baltik dənizindən bir şüşə qab tapıb. Həmin şüşə qabın içərisində 1913-cü ilin 17 may tarixinə aid olan bir məktub var imiş.

Bu məktubu Rixard Plats adlı bir kişi yazmışdı. Həmin şəxs məktubu tapandan məktubu onun Almaniyanın paytaxtındakı evinə göndərməyi xahiş edirdi. Balıqçı Konrad Fişerin sözlərinə görə, o, şüşə qabı dənizə atmaq istəyirdi, lakin onun dostu şüşənin içərisində nəyinsə olduğunu deyir.

Məktub əslində açıqça idi. Bu açıqça Danimarkadan alınmışdı, onun üzərində iki alman poçt markası var idi. Məktubun sahibi Birinci dünya müharibəsi zamanı vəfat etmişdi.

Məktubu tapan balıqçı onu ilk növbədə, mütəxəssislərə, daha sonra isə hər hanısa muzeyə verməyi və yaxud hərraca çıxarmağı planlayır.

Fişer tərəfindən tapılan məktub bugünkü günə qədər şüşə qabda aşkar olunan ən qədim məktubdur.

Ginnesin rekordlar kitabına əsasən, ən qədim məktub 2012-ci ildə tapılmış və onun 97 yaşı var idi. 2013-cü ilin sentyabrında Kanadada bir kişi şüşə qabda 1906-cı ilə aid məktub tapmışdı, lakin onu hələ ki, rəsmi olaraq qeydiyyatdan keçirməyiblər.

Son xəbərlər
Digər xəbərlər