Dünyada pərakəndə ticarət şəbəkəsinin ən böyük markası olan Wal-Mart-ın yaradıcısı Sem Uolton öz biznesini bu qaydalar əsasında qurmuşdur. Bu şirkətin 2008-ci il üzrə dövriyyəsi 400 mlrd ABŞ dollarına bərabər idi, dünyanın 14 ölkəsində 7 mindən çox mağazası fəaliyyət göstərir.
Bu fikirlər çox sadədir.
Qayda 1
Öz ideyanıza inanın, sonadək mübarizə aparın, özünüzü bütünlükdə biznesinizə həsr edin. Mən fikirləşirəm ki, bütün nöqsanlarımın öhdəsindən məhz işimə olan dərin həvəsim sayəsində gəldim.
Əgər siz öz işinizi sevəcəksinizsə, onda gün keçdikcə onu daha yaxşı edəcəksiniz, tezliklə isə ətrafdakılar sizin bu həvəsinizi xəstəlik kimi qiymətləndirəcək.
Qayda 2
Öz işçilərinizi tərəfdaş kimi nəzərdən keçirin, öz gəlirinizi onlarla bölüşün. Öz növbəsində onlar da sizi tərəfdaş gözündə görəcək və öz işlərini daha yaxşı görməyə çalışacaqlar. Öz işçiləriniz üçün “işdə müdir” deyil, “ cəmiyyətdə lider” olun.
Qayda 3
Həmkarlarınızın fəaliyyətini motivasiya edin. Təkcə puldan motivasiya elementi kimi istifadə etmək kifayət deyil. Hər gün motivasiya etməyin yeni üsulları haqqında fikirləşin. Məqsədlər müəyyənləşdirin, rəqabəti gücləndirin, mükafat yerləri və ona uyğun ödəniş təyin edin, elə edin ki, menecerlər işdə öz mövqelərini hər gün sübut etsinlər. Elə edin ki, tabeliyinizdə olan insanlar sizin nə edəcəyinizi, müxtəlif situasiyalarda hansı addımı atacağınızı təxmin edə bilməsinlər.
Qayda 4
Işçilərinizlə daha səmimi olun, onlar nə qədər çox bilirlərsə, o qədər yaxşı başa düşəcəklər. Nə qədər yaxşı başa düşsələr, bir o qədər öhdəliklərini yaxşı yerinə yetirəcəklər. Əgər siz işçilərinizə güvənmədiyinizi göstərsəniz, onda onlar fikirləşə bilərlər ki, siz artıq onları tərəfdaş hesab etmirsiniz.
Qayda 5
Işçilərinizin biznes üçün etdikləri hər şeyi qiymətləndirin. Pul mükafatları həvəsləndirmənin metodlarından yalnız biridir. Elə edin ki, şirkətin əməkdaşları işçilərinizin uğurları haqqında xəbərdar olsunlar. Heç bir pul bir neçə yaxşı seçilmiş vaxtlı, səmimi tərif və minnətdarlığı əvəz edə bilməz.
Qayda 6
Öz uğurunuzu bayram edin. Hətta yumor olmayan yerdə belə, yumor tapın. Özünüzə qarşı çox ciddi olmayın. Elə edin ki, işçilərinizin iş barəsində pozitiv təəssüratları qalsın.
Qayda 7
Şirkətinizin istənilən işçisi ilə danışığa girin. Ancaq, müştərilər ilə birbaşa ünsiyyətdə olan işçilər, sizə şirkətinizin qüsurları və yaxşı cəhətləri haqqında danışa bilər. Siz hətta ən aşağı əməkdaşınızın belə bildiyi hər şeydən xəbərdar olmalısınız. Bu işdə ən vacibi odur ki, özünüzü elə aparmalısınız ki, əməkdaşlarınız özləri sizə bu haqda danışmağa çalışsınlar.
Qayda 8
Müştərilərinizin gözləntilərini yüksək tutun. Əgər siz bunu etsəniz, onda onlar sizə yenidən məhsul almaq üçün müraciət edəcəklər. Onların istədiklərini, hətta bir az daha çoxunu verin. Onlar başa düşməlidirlər ki, siz onlara dəyər verir və hörmət edirsiniz. Öz səhvlərinizi kompensasiya edin, üzrxahlıq edərək bəhanələr gətirməyin.
Qayda 9
Xərclərinizə nəzarət edin. Bu punktda siz həmişə rəqibləriniz üzərində üstünlüyə malik ola bilərsiniz. Ardıcıl 25 il ərzində Wal-Mart-ın satışlar üzrə lider olduğu zamanlarda, bizdə rəqiblərimizdən fərqli olaraq ən aşağı xərc səviyyəsi var idi. Siz çox səhv edə bilərsiniz, amma xərclərinizə nəzarət etsəniz sudan quru çıxa bilərsiniz. Və ya əksinə, siz yalnız bir səhv edə bilərsiniz, amma xərclər üzərində nəzarəti itirsəniz müflisləşə bilərsiniz.
Qayda 10
Axın istiqamətinin əksinə gedin. Öz yolunuzla gedin. Adət edilmiş fikirlərdən uzaq olun. Əgər hamı bir yolda gedirsə, bu sizin üçün çox yaxşıdır, deməli sizin yolunuz azaddır. Hazır olun ki, başqaları siz düzgün yol seçməməkdə ittiham edəcəklər. İndi çoxumuz təbəssümlə xatırlayırıq, hamı mənə deyirdi ki, 50 minlik əhali diskont mağazalarla heç maraqlanmayacaq belə.