9 C
Baku
Thursday, December 12, 2024

737 MAX uçuşlarının qadağası “Boeing” şirkətinə 1 milyard dollara başa gələcək

Boeing 737 MAX təyyarəsinin istismarının dayandırılması və onların istehsalının azaldılması, aviasiya şirkətinə ən az 1 milyard ABŞ dolları məbləğində başa gələcəkdir. Bu məlumat, şirkətin səhmdarları üçün çərşənbə günü dərc etdiyi təqdimatda göstərilib.

Banker.az xəbər verir ki, qeyd edilmiş məbləğə həmçinin pilotlar üçün təşkil olunmuş əlavə təlimlərə çəkilən xərclər və proqram təminatında olan səhvlərin aradan qaldırılması üçün görülmüş tədbirlərə çəkilən xərclər də daxildir. Bu haqda The Street Journal qəzeti xəbər verir. Ekspertlər elə hesab edirlər ki, iki qəza nəticəsində həyatını dəyişmiş insanların yaxınlarına ödənilən vəsait də daxil olmaqla, şirkətin ümumi itkiləri 3 milyard dollar təşkil edəcəkdir.

Çərşənbə günü “Boeing”, şirkətin cari ilin ilk rübündə xalis gəlirinin 13% aşağı düşdüyünü təsvir edən korporativ hesabatını dərc edib. Cari ildə şirkətin xalis gəliri 2,2 milyard dollar təşkil edib. Hesabat dövründə gəlirlər 2% azalaraq 22,9 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər