19 C
Baku
Monday, November 10, 2025

Mərkəzi Bank uçot dərəcəsini endirdi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 9%-dən 8,75%-ə endirilməsi haqda qərar qəbul etmişdir.

Banker.az xəbər verir ki, bunu Baş Bankir Elman Rüstəmov mətbuat konfransda bildirib.

Faiz dəhlizinin yuxarı həddi 10.75%, aşağı həddi isə 6.75% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdir. Qərar 26 aprel 2019-cu ildən qüvvəyə minir.

Bu qərar inflyasiya səviyyəsinin hədəf (4±2%) daxilində olması, inflyasiya gözləntilərinin sabitliyi, əlverişli xarici mühit nəzərə alınmaqla qəbul edilmişdir. İnflyasiyanın hədəf diapazonunun aşağısına yaxın olması monetar siyasətin normallaşdırılması prosesinin davam etdirilməsinə imkan verir.

Son xəbərlər
Digər xəbərlər