Amerikanın dünya üzrə iki ən böyük bank kartları xidmətlərindən biri olan “Visa İnc.”-nin xalis mənfəəti 2018-2019- cu illərin ilk yarısında artıb və 31 martda 16,1% çoxalaraq 5,954 milyard dollar olmaqla başa çatıb.
Banker.az xəbər verir ki, adi aksiyaya görə azaldılmış qazanc əvvəlki ildəki 2,19 dollarla müqayisədə 2,61 dollar olub. “Visa”-nın gəliri 11 milyard dollar olub ( +10,7% ).
“Visa”-nın xalis mənfəəti ikinci rübdə 14,3% artaraq 2,977 milyard dollar olub. Adi aksiyaya görə azaldılmış qazanc ötən maliyyə ilinin ikinci rübündəki 1,11 dollarla müqayisədə 1,31 dollar olub. Gəlir 8,3% artaraq 5,494 milyard dollar olub.
Şirkətin baş direktoru kiçik-Alfred Kelly belə qeyd edib : “ “Visa” daha bir yaxşı rüb dövrünü yaşayıb, belə ki, həmin vaxt şirkətin biznes modelinin möhkəmliyi müşahidə olunub. Biz aktiv şəkildə vacib strateji layihələrə investisiya qoymağa davam edirik və bununla da 14%-lik kvartal xalis mənfəətin inkişafını göstəririk.
“Visa” ümumdünya ödəniş sistemidir və o, kart sahiblərinin, müəssisələrin, maliyyə və dövlət qurumlarının elektron ödəniş şəbəkələrinə girişi təmin edir.








