4 C
Baku
Thursday, December 25, 2025

Siyavuş Novruzov: “Oğlum da deputat olmaq istəyir”

“Oğlum idmana gedir. O, bizim sahəni seçmədi. Boksu seçdi. Hesab edirəm ki, hər kəs ən azı idmanın bir növü ilə məğul olmalıdır. Həm uşaqların formalaşması , həm özünümüdafiə üçün çox önəmlidir. İdman, hərbi xidmət və yataqxana rejimində yaşamaq insanın formalaşmasının ən əsas şərtlərindən biridir”.

Banker.az-ın Modern.az-a istinadən xəbərinə görə, bunu deputat, YAP üzvü Siyavuş Novruzov oğlu ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, oğlu uzun illərdir deputat olmaq istəyir: “Oğlum deputat olmaq istəyir. Fikrini dəyişməyib. Hazırda 10-cu sinifdədir. Fikrində stabildir. Dərslərini yaxşı oxuyur. Humanitar sahəyə daha çox meyllidir”.

Son xəbərlər
Digər xəbərlər