“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Prezidenti qanun imzalayıb.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.0.22-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.23-cü maddə əlavə edilsin:
“2.0.23. könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılması.”.
2. Aşağıdakı məzmunda 33-6-cı maddə əlavə edilsin:
“Maddə 33-6. Könüllü dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri
Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
33-6.1. Könüllü dövlət daktiloskopik qeydiyyatının aparılması 20 manat
33-6.2. Könüllü dövlət genom qeydiyyatının aparılması 250 manat