23 C
Baku
Tuesday, October 8, 2024

SOCAR-dakı vəzifəsindən azad edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin – SOCAR-ın “Kompleks qazma işləri” trestinin müdiri İskəndər Şirəli bu gün vəzifəsindən azad edilib.

Banker.az “AzPolitika.info”ya istinadən bildirir ki, bu xəbəri etibarlı mənbə verib.

Qeyd edək ki, 2007-ci ildən SOCAR-ın “Kompleks qazma işləri” trestinin müdiri işləyən İskəndər Yaqub oğlu Şirəli ondan əvvəl “Xəzərdənizneft” İstehsalat Birliyi, “Qum Adası” Dəniz Qazma İşləri İdarəsinin və Abşeron Qazma İşləri İdarəsinin rəisi vəzifələrində çalışıb.

Əməkdar mühəndis, elmlər doktoru olan İ. Şirəli həm də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz Neft Mədən fakültəsinin professorudur.

Son xəbərlər
Digər xəbərlər