1 yanvar 2020-ci ildən etibarən Azərbaycan Türkmənistan ilə ikiqat vergitutmanın aradan qaldırılması prinsipinin tətbiqinə başlayacaq. Bu barədə Vergilər Nazirliyindən məlumat verilir.
“1 yanvar 2020-ci ildən etibarən Türkmənistanla gəlirlərə və əmlaka görə ikiqat vergitutmanın aradan qaldırılması prinsipi tətbiq olunacaq. 2018-ci il noyabrın 22-də tərəflər arasında müvafiq saziş imzalanıb. Tərəflər 12 fevral 2019-cu il tarixində sazişi təsdiq ediblər”, – nazirlikdən qeyd ediblər.
Beləliklə, Azərbaycanın ikiqat vergitutmanın aradan qaldırılması prinsipini tətbiq etdiyi ölkələrin sayı 52-yə çatıb. Bundan başqa, bu istiqamətdə sazişlərin imzalanması məqsədilə bir sıra ölkələrlə məsləhətləşmələr aparılır.
©İnterfaks-Azərbaycan