Varlı insanların öz sərvətlərini dostlarına və qohumlarına vəsiyyət etmələri nadir hal deyil. Lakin elə hallarda olur ki, böyük bir sərvət tamamilə yad bir insana nəsib olur. Təbii ki, bu çox nadir hallarda baş verir. Budur bu növ təsadüflərin bəzilərini sizə təqdim edirik
1. Bruklindən olan naməlum varlı.
1919-cu ildə vəfat etmiş Nyu-Yorkdan olan varlı bir şəxs sağ ikən öz zənginliyi və qeyri-adiliyi ilə məşhur idi və onun son hərəkəti də heç kimin təəccübünə səbəb olmadı.
O öz vəsiyyətində belə yazmışdı:
“Mənim 71 ədər şalvarım var. Bu mənim son arzumdur. Onlar mənim ölümümdən sonra hərracda satılmalıdır. Hərracdan əldə edilən gəlirlər yoxsullara verilməlidir. Bir insana bir ədəddən artıq şalvar satmaq olmaz”.
Hər şey onun istədiyi kimi yerinə yetirilmişdi. Sonradan belə məlum olur ki, hər şalvarın içinə içərisində 100 dollar olan kiçik torba tikilmişdi. O öz ailəsinə isə heç nə qoymamışdı.
2. Con Uayt
İngiltərənin, Samerset şəhərindən olan Con Uayt 96 yaşında dünyasını dəyişdikdə öz qardaşı oğlu Riçarda 40.000 paund miras qoymuşdu. Lakin əsas marağı geriyə qalan £ 2,000,000 maraqlandırırdı. Bu vəsaitlər Samerset şəhərinin kilsələrinə, məktəblərinə bağışlanmışdı. Onun xahişi yerinə yetirilmişdi. O insanları heyrətləndirməyi sevirdi.
3. Çarlz Millar Vens
Kanadalı vəkil Çarlz Millar Vens öz dostları sırasında əsl zarafatcıl kimi məşhur idi. Və heç kim də onun qeyri-adi vəsiyyətinə heyrətlənməmişdi. Subay, uşaqsız olan Millar üç dosta sahib idi və onun bu üç dostu bir-birinə nifrət edirdi. Buna görə də o öz dostlarına Yamaykada istirahət evi miras qoymuşdu. Lakin onlar bu evdə yalnız üçü birgə qala bilərdilər. Geri qalan 750.000 dollarına sahib olmaq üçün isə konkurs elan edir. Konkursa əsasən, miras onun ölümündən sonra Torontoda 10 il ərzində daha çox uşaq dünyaya gətirən qadına veriləcəkdi. 10 ildən sonra uzun məhkəmə iddialarından sonra miras 9 uşaq dünyaya gətirmiş 6 qadın arasında bölünür.