22.8 C
Baku
Monday, October 7, 2024

Azərbaycanda banklardan dollar alışı azalıb

Azərbaycan Respublikasının Mərkəzi Bankı nağd xarici valyuta ilə mübadilə əməliyyatları barəsində statistikasını açıqlayıb.

Banker.az bu barədə AMB-yə istinad edir.

Statistikaya görə, 2019-cu ilin mart ayında banklar tərəfindən nağd 143 milyon 899 min dollar alınıb, 137 milyon 995 min dollar satılıb. Ötən ilin mart ayında isə banklar tərəfindən 176 milyon 132 min dollar alınıb,  204 milyon 206 min dollar isə satılıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin mart ayında dolların alışı 18,3% azalıb, satışı isə 32,4% artıb. 

Mart  ayında banklar tərəfindən 8 milyon 583 min avro alınıb, 45 milyon 580 min avro satılıb. Ötən ilin analoji dövrüylə müqayisədə bu il banklar tərəfindən alınan avronun sayında 61% azalma, satışında isə 5,5% azalma müşahidə olunur.

Həmçinin banklar tərəfindən 2019-cu ilin mart ayında 707 min funt sterlinq alınıb və 1,391 min funt sterlinq isə satılıb. Bu da 2018-ci ilin mart ayı ilə müqayisədə bu il funt sterlinqin alınmasında 19% artım , satışında isə 47% azalma deməkdir.

Son xəbərlər
Digər xəbərlər