18 C
Baku
Sunday, April 28, 2024

Bank VTB (Azərbaycan) üç filialının iş rejimini yeniləyib ®

Bank VTB (Azərbaycan)-ın “Əcəmi”, “Gənclik” və “Neftçilər” filialları yeni iş rejiminə keçir. Yeni qrafikə əsasən, şəhər əhalisinin sıx məskunlaşdığı hissələrində yerləşən bankın 3 filialı həftənin 6 günü işləyəcək.

Filialların iş rejimi: həftə içi saat 09.00-dan 19.00-dək

                             şənbə günləri: saat 10.00-dan 16.00-dək.

Bankın bu filialları müştərilərinə xarici valyutada olan kreditlər üzrə kompensasiya ödənişinə davam edəcək, eləcə də  müştərilərə cari hesabdan vəsaitin verilməsi, təcili pul köçürmələrinin göndərilməsi/alınması, cari hesabların açılması, plastik kartın sifarişi/verilməsi, cari (kart), depozit hesabların artırılması kimi xidmətlər göstərəcək. Filiallara kredit ödənişləri, kredit sifarişlərinin qəbul edilməsi və sənədləşdirilməsi, valyuta mübadiləsi, cərimə və kommunal ödənişlərin həyata keçirilməsi, ödəniş tapşırıqlarının, İnternet-bank və Mobil-banka qoşulmaq üçün ərizələrin qəbulu və s. xidmətlər üçün müraciət də etmək mümkündür.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər