Vergi Məcəlləsinin 13.2.17. Əsas vəsaitlər – istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər. Kommesiya mühasibatlığında çalışan mühasibə də bu sualı versələr Vergi Məcəlləsinin 13.2.17 maddəsini əsasə gətirəcək. Amma büdcə mühasibinə sual versələr o əksinə 500 manat dəyəri olan maddi aktivi əsas vəsait kimi götürməyəcək. Təcrübədə 10 il büdcə sahəsində mühasib işlədiyim üçün belə hala rast gəlmişəm. İşlə bağlı müsahibələrin birində mənə sual verəndə ki, oturduğun otaqda əsas vəsait hansılardı. Qeyd etdim ki, stol, stul, şkaf və sairə. Sual verən qeyd etdi ki, stulda əsas vəsait sayılır. Dedim bəli. Bəs əsas vəsait nəyə deyilir? Bu vaxt düşündüm ki, mən Maliyyə Nazirliyinin qərarını qeyd etsəm bu yersiz çıxacaq. Çünki müsahibə götürən büdcə təşkilatı deyil axı. Dedim istifadə müddəti 1 ildən çox olan, dəyəri 500 manatdan yuxarı olan aktivlərə əsas vəsait deyillər. Bu halda mənə təkrar qeyd etdilər ki, bəs deyirsən stul əsas vəsaitdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli №Q-13 qərarına əsasən “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın 15.1 hissəsinə əsasən “Uzunmüddətli aktivlər” – təşkilat tərəfindən nəzarət edilən və gələcəkdə iqtisadi səmərənin və ya xidmət potensialının əldə edilməsi gözlənilən və xidmət (istehsal) prosesində bir ildən artıq müddətə istifadəsi müəyyən olunan aktivlərdir. Göründüyü kimi, büdcə sahəsində çalışan mühasiblər bu faktoru nəzərə alıb qeydə edə bilərlər ki, məbləğ burada önəmli deyil əsas istifadə müddətidir. Əgər bir il keçirsə o halda əsas vəsait sayıla bilər.
P.S. Amotizasiya normaları. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara və qeyri-maddi aktivlərə tətbiq edilən amortizasiya normaları barədə təlimat Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-12 nömrəli 24 dekabr 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir.
İqtisadçı-ekspert Rauf Qarayev