20.9 C
Baku
Monday, October 7, 2024

Beyrutda Mərkəzi Bankın əməkdaşlarının tətili səbəbindən birja fəaliyyətini dayandırıb

Beyrut Fond Birjası növbəti məlumat yayılana qədər sövdələşmələri dayandırıb.

“Report” agentliyi Livan KİV-inə istinadən xəbər verir ki, əməliyyatların dayandırılmasının səbəbi ölkənin Mərkəzi Bankının əməkdaşlarının etiraz tətili keçirməsi olub. Tətil nəticəsində ticarət hesablaşmaları aparmaq mümkün olmayıb.

Birjadan bu qərarın bütün investorların maraqlarını qorumaq məqsədilə atıldığı bildirilib.

Son xəbərlər
Digər xəbərlər