Xiaomi şirkəti maraqlı bir videonu təqdim edib. Həmin videoda şirkət büdcəli Redmi Note 7 smartfonunu necə kosmosa göndərdiyini sərgiləyib. Bu barədə Gagadget saytı xəbər verib. Bu maraqlı təcrübə çərçivəsində smartfon 35.000 metr yüksəkliyə qaldırılb. Başqa sözlə desək, smartfon -58 dərəcə temperaturun və 1 paskal atmosfer təzyiqinin olduğu bir şəraitdə qalıb.
Kosmosda 2 saat qalandan sonra smartfon salamat şəkildə Yer kürəsinin səthinə geri qayıdıb. Bununla belə kosmosda olan zaman smartfon öz arxa kamerası vasitəsilə çox maraqlı fotolar da çəkib. Qeyd etmək lazımdır ki, Redmi Note 7 smartfonu ikili arxa kameraya sahibdir və kamera modullarından biri 48 MP-lik Samsung GM1kamera moduludur. İkinci kamera modulu isə 5 MP-likdir. Ondan arxa fonun bulanıq düşməsi üçün istifadə olunur. Bundan əlavə olaraq Redmi Note 7 13 MP-lik ön kameraya da sahibdir.
©Technote