Türkiyə Mərkəzi Seçki Komissiyasımartın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib.
“Hurriyet”ə istinadən, qurumun mayın 6-da keçirilən fövqəladə iclasında hakim Ədalət və İnkişaf Partiyasının etirazı qəbul edilib.
İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər iyunun 23-də keçiriləcək.
Yerli valyuta lirə isə ABŞ valyutası qarşəsənda ucuzlaşaraq 6.10 lirə səviyyəsinə düşüb.
Report Agentliyi