7 C
Baku
Thursday, December 12, 2024

Tramp: ABŞ hər il Çin ilə ticarətdə $500 mlrd. itirir

ABŞ prezidenti Donald Tramp, Çin ilə ticarət münasibətləri nəticəsində böyük itkilərə məruz qaldığından şikayət edərək, Vaşinqtonun bu strategiyanı dəyişdirəcəyini vəd edib.

Banker.az xəbər verir ki, “Uzun illərdir ABŞ hər il Çin ilə ticarətdə 600-800 milyard dollar itirir. Çinlə biz 500 milyard dollar itiririk. Üzr istəyirəm, artıq bunu etmək niyyətində deyilik!”, – deyə Ağ Evin rəhbəri öz Twitter səhifəsində yazır.

Bu ərəfələrdə Tramp öz bloqunda bu həftənin cümə günündən etibarən Çindən idxal olunan bir sıra mallara vergi tarifini 10%-dan 25%-ə qədər artıracağını və yaxın gələcəkdə Çindən digər malların idxalatına 25%-lik vergi tətbiq edəcəyini qeyd etmişdir.

“The Washington” nəşrinin qeyd etdiyi kimi, yeni tariflərin tətbiq olunmasının əsas səbəbi danışıqlar zamanı Çinin güzəştə getməməsi olub. Belə ki, ölkə ABŞ və ÇXR-in demək olar ki, hazır olan ticarət razılaşmasına müəyyən dəyişiklər etmək istəyir.

Qeyd edilmişdir ki, Tramp bu barədə ÇXR-in Dövlət Şurasının vitse-prezidenti olan Liu He-nin başçılıq etdiyi nümayəndə heyətinin Vaşinqtona səfəri ərəfəsində məlumat verib. Gözlənildiyi kimi, ki ölkə ekspertlərinin uzun müddətdir hazırladığı saziş bu səfər zamanı imzalana bilər.

Ölkənin Xarici İşlər Naziri olan Geng Shuang bildirmişdir ki, ÇXR-in nümayəndə heyəti ticarət danışıqlarını davam etdirmək üçün hələ də ABŞ-a səfər etməyə hazırlaşır.

Son xəbərlər
Digər xəbərlər