Amerikan milyarder ABŞ və Çin arasında ticarət müharibəsi təhlükəsinin reallaşacağına inanmır.
Banker.az xəbər verir ki, “Bəzən danışıqlar zamanı istədiyimiz nəticəni əldə etmək üçün, ən yaxşı taktika özünü dəli kimi aparmaqdır”, – deyə Warren Buffett ABŞ-Çin arasında gedən ticarət müharibəsinə şərh verib.
Milyarder qeyd edir ki, qlobal səhmlər indeksinin aşağı düşməsi “rasional” reaksiyadır. Xatırladaq ki, söhbət ABŞ prezidenti olan Donald Trampın Çindən idxal olunan mallara 10-25%-lik tarifləri tətbiq etməsindən gedir. Bundan əlavə, prezident Çin hökumətini yaxın gələcəkdə əlavə mallara 25%-lik tarif tətbiq etməsi ilə hədələyib.
Buffet-in sözlərinə görə, iki böyük iqtisadi dövlətin oynadığı “təhlükəli oyun” dakı paylar son dərəcədə yüksəkdir. Dünyanın ən iri sərmayəçilərindən biri əlavə edir: “Lakin bu, o demək deyil ki, oynamalı deyilsən”.
Milyarder qeyd edir ki, müxtəlif insanlar danışıqları müxtəlif tərzdə apara bilərlər. Donald Trampın yerində olsaydı, o, özünü fərqli aparardı. “Mən danışıqları daha rasional bir şəkildə aparıram”, – deyə Buffet Trampın adını çəkmədən deyir.
“Berkshire Hathaway” in rəhbəri, ABŞ və Çin arasındakı ticarət müharibəsi “çox pis” nəticələrə səbəb olacağını bildirib.,