“PAŞA Holdinq” MMC-nin Makroiqtisadi Tədqiqatlar Departamentinə yeni direktor təyin edilin.
Bu barədə Banker.az saytının Holdinqə yaxın mənbədən əldə etdiyi məlumatda deyili.
Direktor təyin olunmuş şəxs fəlsəfə elmlər doktoru (PhD) Elman Eminovdur. O işinin icrasına ötən aydan başlayıb.
Elman Eminov PAŞA Holdinq-in heyətinə 2015-ci ilin iyulunda qatılıb. O, buna qədər elə məhz holdinqin əsas səhimdarı olduğu “Kapital Bank” ASC və “PAŞA Bank” ASC-də çalışıb. Hər iki bankda Risk Komitəsinin üzvü olub.
Eminovun həmçinin Azərbaycan Mərkəzi Bankında (2008-2014) da çalışıb.