Müxtəlif tədqiqatlar göstərir ki, optimist insanın qəbul etdiyi maliyyə qərarları daha müdrik, düzgün və məqsədəuyğun olurlar. Buna görə, zəngin olmağımız üçün çoxumuz dünyaya olan münasibətimizi dəyişdirməlidir. Bunu etmək çox çətin deyil – Banker.az xəbər verir ki, bu barədə MarketWatch yazır.
Texasın Frost bankı tərəfindən apardığı araşdırmanın nəticələrinə görə, optimist insanların 90% -i və pessimistlərin 70% -i “qara gün” üçün pul yığırlar. Eyni zamanda, optimistlər öz maliyyə vəziyyətindən daha çox razı olurlar.
2016-cı ildə həyata keçirilən araşdırmaya əsasən, həyata pozitiv baxan insanların qazancı qarışı düşərgədən olan “müxaliflər” in gəlirindən daha yüksək olur. Bundan əlavə olaraq, pessimistlərin vəzifədə yüksəlmə hallarında daha gec-gec rast gəlinir. Nəhayət, sosioloq Rainer Zitelmann, dörd yüz nəfər dollarlıq multimilyonerlər və milyarderlərdən sorğu götürəndən sonra ultra zəngin insanların əmin-amanlıqla özlərini optimistliklə əlaqələndirdiyi nəticəsinə gəldi. Bu respondentlərin yalnız iksi pessimist fikirlərin onlara yaxın olduğunu qeyd ediblər.
Həyata fərqli münasibət niyə maliyyələşməyimizə belə təsir göstərə bilər? Pozitiv psixologiya mütəxəssisi olan Michelle Gielan bununla bağlı öz fikrini deyir: “Optimistlər hadisələrin yaxşı inkişafına inanırlar və gələcəyin onların əlində olduğundan əmindirlər. Onlar elə hesab edirlər ki, situasiyaya təsir göstərə bilərlər və ağır bir vəziyyətdə çıxış yolunu tapmağa çalışırlar, pessimistlər isə yalnız şikayətlənirlər”.
Zitelmann-ın sözlərinə görə, böyük sərvətlərin sahibləri optimizm keyfiyyətini psixologiyada istifadə edilən “özü-özünə effektivlik” termini ilə xarakterizə edirlər. Şübhəsiz ki, bu bacarığa yiyələnmiş şəxs istənilən bir problemin həllini tapa bilər.
Əlbəttə ki, hər şey bu qədər sadə deyil. Belə ki, son elmi məqalələrdən birində optimist insanların uğursuzluğa daha tez-tez düçar olduqları barədə məlumat dərc edilmişdir. Bunun səbəbi budur ki, pessimistlərdən fərqli olaraq, optimistlər onların müvəffəqiyyətinə təsir edə biləcək potensial mənfi amillərin heç birini nəzərə almırlar. Buna baxmayaraq, optimist olmaq daha sərfəlidir, bunu sübut edən bir çox dəlil var. Ekspertlər deyirlər ki, hər bir şəxs baş verən hadisələrə münasibətini radikal şəkildə dəyişə bilər.
“İnanmaq çətindir, lakin siz düşüncə tərzinizi özünüz seçə bilərsiniz, – psixoloq Elizabeth Lombardo deyir. – Təsəvvür edin ki, düşüncələriniz müəyyən bir nizama uyğun siqnalları ötürən xüsusi sinirlərdir. Bəzi yeni məlumatlar əldə etdiyiniz zaman, beyniniz dəyişiklərə məruz qalır. Eynilə, bu qayda ilə sizə pessimizmdən optimistliyə keçməyə imkan verən dəyişiklərə də nail ola bilərsiniz”.
Bununla bağlı sizə bir neçə faydalı məsləhət verə bilərik. Hər gün özünüzün daha yaxşı versiyasını təsəvvürünüzə gətirin, buna cəmi beş dəqiqə vaxt sərf etsəniz kifayət edər. Psixoloqlar bu texnikanın demək olar ki, dərhal insana optimistlik hissi bəxş etdiyini söyləyirlər.
Əgər gün ərzində neqativ hisslər yaşayırsınızsa, özünüzü bunda günahlandırmayın. Psixoloq Elizabeth Lombardo bununla bağlı öz fikrini söyləyib: “Çətin bir vəziyyətə düşdüyünüz zaman, pauza edin və hal-hazırda sizin üçün pozitiv xarakter kəsb edən üç məqam tapmağa çalışın”. Sizə mənfi fikrilərlə mübarizə aparmağa kömək edən bu kimi ifadələrdən istifadə edəsiniz: “Mən təhlükəsiz bir yerdəyəm, çox gözəl musiqini dinləyirəm, tezliklə evə çatacağam”. Burada səhv və ya düz ifadələr yoxdur, əsas odur ki onların hər biri sizin üçün pozitiv səslənsin.