15 C
Baku
Sunday, November 24, 2024

Kanadada vergi ombudsmanı

Kanadada vergi ombudsmanı institutu 2007-ci ildən mövcuddur. Bu institut müstəqil fəaliyyət göstərir. Yəni bir başa yalnız hökümət qarşısında cavabdehlik daşıyır. Milli Gəlirlər Nazirliyinə tabedir. Əsas fəaliyyət istiqaməti düzgünlük və obyektivlikdir. Vergi ödəyicisi Vergi Agentliyinin fəaliyyətindən, şikayətlərin düzgün aparılmamasından, personalından, düzgün informasiyanın verməməsindən, hətta bununla bağlı yoxlamaların aparılmasını tələb edə bilər. Vergi ombudsmanına vergi ödəyicisi müraciət etməmişdən əvvəl Vergi Agentliyindəki proseslərdən keçdikdən sonra, son hədd kimi vergi ombusmanına müraciət edə bilər. Vergi Ombudsmanına müraciət xərcsiz həyata keçirilir. Yəni, vergi ödəyicisi məbləğ ödəmədən ombudsmana müraciət edə bilər. Müraciət onlayn formada, faks vastəsilə və poçt vastəsi ilə həyata keçirilir.

Aşağıdakı məsələlərə ombudsman tərəfindən baxılmır:

– Vergi siyasəti;
– Qanun proqramı;
– Məhkəmələrdə olan işlərə
– Ombudsman təyin olunduğu müddət bir il keçməmiş, xidmətlə bağlı şikayətlərə
– Digər orqanların səlahiyyətinə aid məsələlərər.

Vergi ödəyicisinin razılığı olmadan onun haqqında məlumat Vergi Agentliyindən götürülə bilinməz.
Vergi ombudsmanı yalnız tövsiyə edə bilər. Onun orqandan tələb etmək hüququ yoxdur.
Ətraflı taxpayersrights. gc. ca saytından öyrənə bilərsiz.

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər