9 C
Baku
Friday, December 13, 2024

“Atasığorta”nın rəhbəri vəzifəsini tərk edib, “Azərpoçt”a gedir

Azərbaycan sığorta bazarnın iştorakçısından biri “Atasığorta” ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev vəzifəsini tərk edir.

Banker.az xəbər verir ki, bu barədə Report Agentliyinə maliyyə bazarındakı mənbə bildirir.

Onun sözlərinə görə, M.Əliyev sabahdan əmək fəaliyyətini Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də maliyyə direktoru kimi davam etdirəcək. Xatırladaq ki, o, 2012-ci ildən sığorta şirkətinə rəhbərlik edir.

“Atasığorta”nın yeni rəhbəri də sabah məlum olacaq. Bununla bağlı şirkətin səhmdarlarının növbədənkənar yığıncağının keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, “AtaHolding” MMC-yə daxildir. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər