9 C
Baku
Thursday, December 12, 2024

“Gələn il Bakının bir neçə rayonunda məcburi köçkünlər tam mənzillə təmin olunacaq”

Bir ildən sonra Bakının bir neçə rayonunda məcburi köçkünlərin tam mənzillə təmin olunması işləri başa çatacaq”.

“Report” agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

O bildirib ki, hazırda bununla bağlı planlı şəkildə işlər görülür: “Cənab Prezidentin tapşırığına əsasən, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində müvafiq işlər görülür. Pirallahı qəsəbəsində yaşayan bütün məcburi köçkünlər bir aydan sonra müasir evlərlə təmin olunacaq”.

Son xəbərlər
Digər xəbərlər