9 C
Baku
Wednesday, November 6, 2024

100 milyon avroluq qol: “Tottenham”a məğlubiyyət “Ayaks”a neçəyə başa gəlib

Amsterdamın klubunun səhmləri, Londonun “Tottenham” klubu ilə ev oyununda gözlənilməz məğlubiyyətdən sonra və bununla da UEFA-nın çempionlar Liqasının finalına çıxa bilmədiyi üçün aşağı düşüb

Banker.az xəbər verir ki, Amsterdamın futbol klubu “Ayaks”ın səhmlərinin dəyəri, 9 may cümə axşamı günü Euronext Amsterdam birjasında ticarətin başladığı gün, əvvəlki sessiyanın bağlanış vaxtının qiyməti ilə müqayisədə 22% enərək 18,4 avro olub. Bu barədə Financial Times qəzeti açıqlama verib.

Oyun ərəfəsində “Ayaks” UEFA çempionlar Liqasının yarımfinalından çıxıb. Komanda Londonun “Tottenham”klubu ilə birinci oyunun ilk qarşılaşmasında qələbə qazanıb və ev oyununun birinci raundunu 2:0 hesabı ilə başa vurub. Lakin  ikinci oyunun ikinci  yarımhissəsində ingilis klubunun braziliyalı yarımmüdafiəçisi Lucas Moura “hat-trick” edib və oyunun son saniyələrində o, “Ayaks”ın qapısından həlledici qolu keçirib.

Gözlənilməz məğlubiyyət ona gətirib çıxarıb ki, 9 may səhərihollan klubunun kapitalizasiyası demək olar ki, 100 milyon avro enərək 431 milyon avrodan 337 milyon avro olub. Bir qədər sonra geriləmə dayanıb və artım baş verib, belə ki, Moskva vaxtı ilə saat 14:00-da hər səhmə görə 19,3 avro satış olub.

Çempionlar Liqasından çıxmazdan qabaq “Ayaks”ın səhmləri 2019-cu ilin martından artmağa başlayıb və hətta ona qədər ki, Amsterdam klubunun gənc oyunçuları qitənin favoritləri sayılan Madridin “Real” və Turinin “Yuventus” komandalarını ardıcıl olaraq məğlub edərək, əsas qitə turnirindən uzaqlaşdırıblar. Bu dövrdə səhmləri 60%-dən çox olub.

Qiymətlər öz pik həddinə isə 8 may çərşənbə günü çatıb, belə ki, həmin gün “Tottenham”la cavab oyunu baş tutub: ticarət gedişində bir səhmin dəyəri 25 avro olub, bağlanışda isə 23,5 avro olub.

Finala çıxa bilmədiyinə görə, “Ayaks” UEFA-nın əlavə 15 milyon avrosunu əldən verib – təşkilat bu məbləği, çempionlar Liqasının həlledici oyununun hər iki iştirakçısına öz 2 milyard avroluq mükafat fondundan verir. Turnirin qalibi əlavə 4 milyon avro qazanır.

Avropa futbol klubluğu əsas titulu uğrunda oyun 1 iyunda Madriddə keçiriləcək. “Tottenaham”ın rəqibi digər bir ingilis klubu “Liverpul” olacaq. Bu komanda isə qonaq oyununda “Barselona”ya 0:3 hesabı ilə məğlu olsa da, sonra onu gözlənilmədən yarımfinaldan məhrum edib.

 

Son xəbərlər
Digər xəbərlər