9 C
Baku
Wednesday, November 6, 2024

“Sadəlik və rahatlıq”- 15 milyarddan çox sərvəti olanlar bunu seçir

Milyarderlər planetin 2,8 faizini təşkil edir. Onlardan bəziləri uğura öz gücü, bəziləri valideynlərinin  köməyi, bir qismi isə sadəcə lazımi vaxtda lazımi yerdə olaraq nail olublar. Amma onların hamısını birləşdirən xüsusiyyətlər var.

Təkcə uğura çatmaq yox, həm də zirvədə qalmağa səbəb olan amilləri təqdim edir:

1. Valideyn dəstəyi

Milyarder Mark Zukerberqin valideynləri onu darıxdırıcı, istəmədiyi dərslərdə oturmağa məcbur etməyiblər. Diş həkimi olan atası oğlunun kompüterlərə olan meylini kəşf edib və ona klinikası üçün mesaj mübadiləsi proqramı yaratmağı təklif edib. Proqram tibb müəssisəsindəki insanlara evdə də kompüterlə əlaqə saxlamaq imkanı yaradırdı və “ZuckNet” adlanırdı.

“Google”un yaradıcılarından olan Larri Peycin valideynləri də eyni cür davranıb. Onlar oğullarına mahnılardan ilhamlanaraq kompüterləri yığıb-sökməyə imkan verirdilər.

“Amazon” şirkətinin yaradıcısı Ceff Bezosun valideynləri isə onun ilk investorları olublar, oğullarına inanaraq, yığdıqları təqaüdlərindən onun işinə 300 min dollar yatırıblar.



2. Təhsil uğura zəmanət vermir

“Zara” brendinin yaradıcısı Amansio Orteqa kasıb ailədə doğulduğu üçün orta məktəbi də bitirə bilməmişdi. 13 yaşında geyim mağazasında kuryer kimi işləməyə başlayıb və 14 yaşında “bu oğlandan çətin ki, əsl dizayner olsun” deyən ispan modelyerin yanında köməkçi kimi çalışıb.

Uorren Baffet bakalavr və magistratura dərəcəsi alsa da, həmişə bunu sadəcə valideynləri üçün etdiyini, heç bir xeyir görmədiyini bildirib.

Ali təhsilin həyatda önəmli yer tutmadığına Bill Geyts də nümunədir. O, diplomunu universitetə daxil olduqdan 34 il sonra, milyarder olub, IT dünyasını fəth edərkən alıb.

3. Xarici görünüş

Sadəlik və rahatlıq – 15 milyarddan çox sərvəti olanlar bunu seçir. Səhərlər geyim seçiminə vaxt sərf etməyə qənaətdən başqa belə izah verirlər: işdə üzləşdikləri qərarsızlıq problemləri yaşanmır. Psixoloqlar pastel tonlarda olan geyimlərin insanı ruhən rahat etdiyini və çətin anlarda düzgün qərar verməyə kömək etdiyini deyirlər.

4. Ailələr

Sonradan ən ən varlı kişilərə çevrilənləri  yanında həmişə xanımları olub. Ciblərində sadəcə bir neçə yüz dollar və ağıllarında “dəli” fikir olanda, o qadınlar onların yanında olub, dəstəkləyiblər.

Bill Geytsin xanımı yastı dabanlı ayaqqabı geyinməsi ilə onun qəlbini artıq 10 ildir ki, fəth edib.

İnqrid Baffett “şahzadəsi” ilə tanış olmadan öncə ofisiant işləyirdi. Milyarderin sevgisini isə öz gözəlliyi ilə qazanıb. Evlilikləri 30 ildən çoxdur davam edir.

“Alibaba Group”un yaradıcısı Cek Manın həyat yoldaşı onun hələ universitet dövründən motivasiya mənbəyi və dəstəkçisi idi. Xanım açıq-aşkar bildirirdi ki, ayda 1 milyon dollar qazanmaq azdır.  Artıq 25 ildən çoxdur ki, o, öz həyat yoldaşına inanmaqda davam edir.

Bernar Arno 28 il əvvəl həyat yoldaşının qəlbini fəth edib və o vaxtdan bəri bir dəfə də olsun ayrılmayıblar. Deyilənə görə, o, musiqili talantı ilə B.Arnonun marağını cəlb edib: biznesmenin gələcək xanımı pianist idi. Onların üç oğlu var.



5. Hobbi

Milyarderlərin əvvəllər məşğul olduqları hobbiləri indi işə çevrilib və onlara heç də az olmayan qazanc gətirir. Psixoloqlar deyir ki, sevimli məşğuıiyyət – depressiya və stressdən yaxşı çıxış yoludur. Məsələn, futbolla maraqlanan varlılar futbol klublarını satın alırlar.

Cek Ma Çin kəndində təhsilin inkişafı ilə bağlı fond qurub.

“Dell” kompüter şirkətinin rəhbəri Maykl Dell xanımı ilə yoxsulluq içində yaşayan uşaqların problemləri ilə məşğul olurlar.

“Google”-nin yaradıcılarından olan Larri Peyc Ebola virusu ilə mübarizə aparanlar üçün fondla məşğuldur.

6. Uğursuzluqlar

Milyarder olana qədər onlar çoxlu eniş-yoxuşlarla rastlaşıblar.

5127 torbasız tozsoran prototipi və 15 illik ciddi çalışma ixtiraçı Ceyms Deysonun keçdiyi müvəffəqiyyət yoludur. Bu müddətdə həyat yoldaşı ona hər cür dəstək olurdu, övladlarını tərbiyə etməklə yanaşı, özəl rəsm dərsləri verərək pul qazanırdı.

Stiv Cobs dəfələrlə heç kimə məlum olmayan “Apple 3”, “Macintosh Portable”, “Liza” kompüterləri, “QuickTak”-in versiyalarını həyata keçirib, test edirdi. O, 10 uğursuzluq yaşasa da, ideal, ölümündən sonra da qalan ixtiralar edə bildi.

Uolt Disney ən uğurlu qəhrəmanı “Osvald”a  olan haqlarını itirdikdən sonra şirkət qurur. Şirkət iki il sonra iflasa uğrayır. Tamamən çökmüş Uolt Disney Hollivud-a üz tutur və sonunda animasiya dövrünün başlanğıcında yeni qəhrəman yaradır. O, hamımızın tanıdığı Mikki Mausdur.

7. Uşaqlar

Hər bir varlı valideyn uşağı üçün ən yaxşısını axtarır. Bununla yanaşı, uşaqlıqdan özgəsinin əməyi və puluna hörmət etməyi öyrədir.

Bill Qeyts uşaqlarına mobil telefon qadağası qoyub və vaxtlarını internetdə məhdudlaşdırıb.

Uorren Baffett həmişə ailəsi ilə sadə həyat tərzi keçirib. Atalarının milyarder olması haqda isə uşaqlar qəzetdən öyrəniblər.



8. Cəmiyyətə fayda vermək üçün çalışıblar

İlon Mask həmişə kosmos haqda arzulayıb, komandası sayəsində isə elmin inkişafı üçün daha çox şansları var. Məsələn, “Falcon-9”, “Dragon”, “SpaceX” və “Falcon Heavy”raketləri kosmik yük maşınları keyfiyyətində, böyük ölçülü peyklər və araşdırmaq üçün lazımi avadanlıqları orbitə çatdırmaq üçün hazırlanıb.

Mark Zukerberq sadəcə dostları ilə söhbət edə biləcəyi şəbəkə yaratmaq istəyirdi, amma o kütləviləşdi və indi ayda 2 milyard insan bu şəbəkədən istifadə edir, həyatlarından anları paylaşır və dostlarının ad günləri haqda unutmurlar. Arzularını həyata keçirərkən milyarderlər cəmiyyətin problemlərindən də kənarda qalmırlar.

9. Komanda işinə inanırlar

Dünyanın ən varlı adamları köməkçilərsiz bu vəziyyətə çatmazdılar. Hər biri pesonalı müxtəlif cür idarə edir.

“Google” qlobal sisteminin yaradıcıları Larri Peyc və Sergey Brin işçilərinin qeydinə qalırlar. Onlar iş vaxtının 20 faizini şəxsi maraqlarını təşkil edən layihələrə həsr etməyi deyirlər. Əlavə idarəetmə olmayan komanda işi də iş mədəniyyətidir.

“Virgin Group” konqlomerat şirkətinin yaradıcısı Riçard Brenson hesab edir ki, işçinin qayğısına qalmaq birinci yerdə olmalıdır. İkinci yerdə isə müştəri, üçüncü yerdə səhmdar dayanmalıdır.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər