6 C
Baku
Monday, December 16, 2024

AMB-nin cəlb etdiyi depozitlərin gəlirliliyi azalıb

Hesabat dövründә Mәrkәzi Bank milli valyutada sәrbәst vәsaitlәrin cәlb olunması üzrә 13 depozit hәrracı, notların yerlәşdirilmәsi üzrә 13 hәrrac keçirmişdir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2019-cu ilin I rübünə olan Pul İcmalında deyilir.

Depozit әmәliyatları vasitәsilә vәsaitlәr 14 gün müddәtinә cәlb edilmiş, notlar isә 28 gün müddәtinә yerlәşdirilmişdir. Hesabat dövrünün sonuna depozit hәrracları vә notların yerlәşdirilmәsi vasitәsilә cәlb edilәn vәsaitin cәmi qalığı 1.68 mlrd. manat olmuşdur.

Annotation 2019 05 13 121556Bundan depozit әmәliyyatları ilә cәlb edilmiş vәsaitlәr 700 mln. manat, notların yerlәşdirilmәsi nәticәsindә cәlb edilәn vәsaitlәr isә 983.3 mln. Annotation 2019 05 13 121402manat tәşkil etmişdir. Rübün sonuna depozit hәrracları vә notların
yerlәşdirilmәsi vasitәsilә cәlb edilәn vәsaitin qalığı ilin әvvәli ilә müqayisәdә 1.5% azalmışdır. Dәhlizin aşağı hәddinin aşağı salınması ilә sterilizasiya әmәliyyatları üzrә gәlirliyin aşağı düşmәsinә baxmayaraq tәlәb tәklifi keçirilәn depozit hәrraclarında 2.4 dәfә, notların yerlәşdirilmәsi üzrә hәrraclarda isә 2.1 dәfә üstәlәmişdir. Bu bank sistemindә izafi likvidliyin yüksәk olaraq qalmaqda olduğunu göstәrir. İzafi likvidlik şәraitindә I rübdә açıq bazar әmәliyyatları
olaraq depozit әmәliyyatları vә notların yerlәşdirilmәsi üzrә faiz dәrәcәlәri faiz dәhlizinin aşağı hәddinә yaxın sәviyyәdә formalaşmışdır.

“Depozit vә qısamüddәtli notların yerlәşdirilmәsi üzrә әmәliyyatlar izafi pul tәklifinin sterilizasiyası ilә yanaşı pul bazarının inkişafı vә bununla da, pul siyasәti üzrә әmәliyyat çәrçivәsinin tәkmillәşdirilmәsinә, banklararası bazarın inkişaf etdirilmәsinә dә müsbәt tәsir göstәrir” – deyə icmalda deyilir.

Son xəbərlər
Digər xəbərlər