10 C
Baku
Thursday, December 12, 2024

“Apple” şirkəti “ticarət müharibəsi”nin qurbanına çevrilir

ABŞ rəhbərliyinin Çinə əlavə gömrük vergisi tətbiq etmək qərarı “Apple” şirkətinin planlarına ciddi şəkildə təsir göstərir. 2018-ci ilin statistik göstəricilərinə əsasən, ümumilikdə 539 milyard dollar dəyərində mal idxal edən ABŞ Çindən daha çox cib telefonları kimi texnoloji məhsullar alır. Amerikanın bir çox texnologiya şirkətləri isə öz zavodlarını işçi qüvvəsinin xeyli ucuz olduğu Çində yerləşdirib.

ABŞ-ın əsas rəsmi statistika qurumu olan “Census Bureau”nun məlumatına görə, 2018-ci ildə Çindən ABŞ-a 44 milyard dollar dəyərində “ağıllı” telefon idxal edilib. İkinci yerdə 37 milyard dollar dəyərində kompüter, üçüncü yerdə 34 milyard dollar dəyərində telekommunikasiya avadanlıqları, sonrakı yerlərdə isə kompüter aksesuarları (32 milyard dollar), oyuncaqlar və oyunlar (28 milyard dollar) gəlir.

Çində istehsal edilən “iPhone” telefonları dünyanın hər yerinə ixrac edilir. İki ölkə arasında davam edən “ticarət müharibəsi”nin təsirindən indiyədək kənarda qalan “iPhone” qəfil şoka məruz qalıb. Yeni gömrük vergisinin tətbiqi ilə “Apple” şirkətinin məhsulları 25 faizlik əlavə gömrük vergisi ödəməlidir.

©Vergilər

 

Son xəbərlər
Digər xəbərlər