10 C
Baku
Friday, December 13, 2024

“Azfinance İnvestisiya Şirkəti”nin xalis mənfəəti kəskin artıb

“Azfinance İnvestisiya Şirkəti”nin cəmi aktivləri 2018-ci ildə  66,87 mln manat olub ki, bu da ötən ilin müvafiq dövrüylə  müqayisədə 37% artım deməkdir.

Banker.az bu barədə investisiya şirkətinin maliyyə hesabatına istinad edir.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 37% artaraq 65,217 mln manat təşkil edib.

“Azfinance İnvestisiya Şirkəti”  2018-ci ili 328,4 min manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin analoji dövrüylə müqayisədə 130 dəfə çoxdur.

Bildirək ki, investisiya şirkətinin cəmi gəlirləri illik müqayisədə 2 dəfə artaraq 3,105 mln manat olub. “Azfinance İnvestisiya Şirkəti”nin heyət ilə bağlı xərclərinə 1,727 mln manat, komissiya xərclərinə 116,27 min manat, digər əməliyyat xərclərinə isə 912 min manat ayrılıb. Nəticədə gəlirlər xərcləri üstələdiyindən 350,23 min manatlıq əməliyyat mənfəəti yaranıb.

Son xəbərlər
Digər xəbərlər