Bir gün tələbə müəllimindən soruşur:
— Alıcıya təklif ilə müraciət etmək üçün elə bir xüsusi gün varmı ki, sonda uğurlu nəticə əldə edək?
— Gün? — deyə Müəllim təəccübləndi.
— Yəni, həftənin və yaxud ayın hansısa günü…
— А-а-а, həftənin günü… — müəllim başı ilə təsdiq etdi. — Bəli, əlbəttə. Bu gün — çərşənbədir, — deyir və hiyləgərcəsinə şagirdlərinə baxır. Şagirdlər isə bu zaman dəftərlərini açıb tez qeyd aparmaqda idilər.
— Bəs sən niyə yazmırsan? — deyə müəllim qarşısında oturan və ona baxaraq təbəssüm edən şagirdə deyir.
— Çünki mən bilirəm ki, siz daha sonra nə deyəcəksiz.
— Nə deyəcəkdim? — Müəllim bir az əsəbi halda əlini qaldırdı və bütün şagirdlər donaraq onları izləməyə başladılar. Qeyd aparmayan şagird isə bildirdi:
— Bu gün həmçinin çərşənbədir, cümə axşamıdır, cümədir, şənbədir, bazardır, bazar ertəsidir, çərşənbə axşamıdır.
— Sən haqlısan, yalnız mən əvvəlcə cüməni, sonra çərşənbəni deyəəckdim.
Şagirdlər yoldaşlarının doğru cavabındans evinməyə başladılar. Sonra isə onlardan biri soruşdu:
— Müəllim, ardıcıllıq məhz belə olmalı idi?
Müəllim az əvvəl doğru cavabı vermiş şagirdə müraciətlə dedi:
— Cavab ver!
— Yalnız bir gün var, — O gün — bu gündür.