Hüquqi və ya fiziki şəxs mülkiyyətində olan qeyri-yaşayış sahəsini (obyekti) təqdim etdikdə həmin sahənin hər kvadratmetri üçün baza məbləği olan 15 manata, Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş zonalar üzrə Vergi Məcəlləsinin 220.8-ci maddəsində göstərilən əmsallar və əlavə olaraq 1,5 əmsalı tətbiq edilərək hesablanan vergi alqı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən tutulur.
Vergiyə cəlb edilən qeyri-yaşayış sahəsinin (obyektin) hər kvadratmetri üçün sadələşdirilmiş vergi aşağıda göstərilən qaydada hesablanır
SVM = S x 15 manat x ZƏ x 1,5
SVM – ödəniləcək sadələşdirilmiş verginin məbləği
S – qeyri-yaşayış (obyekt) sahəsi (m²-lə)
15 manat – verginin hesablanması üçün baza məbləği
ZƏ – Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş zona əmsalı.
1,5 – qeyri-yaşayış (obyekt) sahəsi üçün tətbiq olunan əmsal.
Misal – 1. Adil Əliyev Bakı şəhər “İçərişəhər” metro stansiyasının (Zona 1) yaxınlığında yerləşən və sahəsi 100 m2 olan qeyri-yaşayış sahəsi (mağazası) vardır. Həmin mağaza satılan zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:
100 * 15 *4*1.5 = 9 000 manat vergi ödəyəcək
Misal – 2. Elşən Qəmbərov Bakı şəhər “28 may” metro stansiyasının (Zona 2) yaxınlığında yerləşən və sahəsi 200 m2 olan qeyri-yaşayış sahəsi (ofisi) vardır. Həmin ofis satılan zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:
200 * 15 *3*1.5 = 13 500 manat vergi ödəyəcək
Misal – 3. Asif Ağayevin Bakı şəhər İnşaatçılar prospektində (Zona 3) sahəsi 250 m2 olan qeyri-yaşayış sahəsi (kişi salonu) vardır. Həmin salon satılan zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:
250 * 15 *2.2*1.5 = 12 375 manat vergi ödəyəcək
Zona 4-də üçlə eynidir yəni 2.2 rəqəmdir.
Misal – 4. Əsgər Quliyev Bakı şəhər “20 Yanvar” metro stansiyasının (Zona 5) yaxınlığında yerləşən və sahəsi 400 m2 olan qeyri-yaşayış sahəsi (avto yuma məntəqəsi) vardır. Həmin məntəqə satılan zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:
400 * 15 *1.8*1.5 = 16 200 manat vergi ödəyəcək
Digər zonalar üzrə əmsallar burada: http://www.taxes.gov.az/modul.php?name=sadeleshmish&cat=5
Misal – 5. Akif Hümbətovun Sumqayıt şəhərində sahəsi 4000 m2 olan qeyri-yaşayış sahəsi (Şadlıq sarayı) vardır. Həmin saray satılan zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:
4000* 15 *1.5*1.5 = 135 000 manat vergi ödəyəcək
Əmsal 1.5 Gəncə və Xırdalan üçündə eynidir.
Misal – 6. Qasım Səmədovun Şəki şəhərində sahəsi 600 m2 olan qeyri-yaşayış sahəsi (şirniyyat evi) vardır. Həmin şirniyyat satılan zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:
600* 15 *1.2*1.5 = 16 200 manat vergi ödəyəcək
Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan əmsal eynidir. Yəni 1,2.
Misal – 7. Əzim Xankişiyevin Sabirabad rayonu yaxınlığında yerləşən və sahəsi 300 m2 olan qeyri-yaşayış sahəsi (çayxanası) vardır. Həmin çayxana satılan zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:
300* 15 *0.5*1.5 = 3 375 manat vergi ödəyəcək
Respublikanın digər rayon (şəhər) və qəsəbələr (kəndlər) əmsal 0.5-dir.
İqtisadçı-ekspert Rauf Qarayev