15 C
Baku
Sunday, November 24, 2024

Mənzil Tikintisi ilə məşğul olan şəxslər bu vergiləri ödəməlidirlər [bloq]

–  Siz Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs kimi sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etdikdə, vergini satmaq üçün tikilən binanın yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən fərdi, şəxsi yaşayış və bağ evlərinin ümumi sahəsinin hər kvadrat metrinə 45 manat, habelə Nazirlər Kabinetinin Qərarı ilə müəyyən edilmiş zonalar üzrə Vergi Məcəlləsinin 220.8-ci maddəsində göstərilən əmsallar tətbiq etməklə (qeyri-yaşayış sahələri üzrə vergi əlavə olaraq 1,5 əmsalı tətbiq edilməklə ayrılıqda hesablanır) tikinti-quraşdırma işlərinin başlandığı rübdə hesablamalısınız.

Yaşayış sahəsi üzrə ödəniləcək vergi aşağıdakı qaydada hesablanır:

SVM = S x 45 manat x ZƏ

SVM – ödəniləcək verginin məbləği

S – binanın ümumi sahəsi (m²-lə)

45 manat – bina tikintisi ilə məşğul olan şəxslərə tətbiq olunan baza məbləği

 – Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş zona əmsalı.

Qeyri-yaşayış sahəsi üzrə ödəniləcək vergi aşağıdakı qaydada hesablamır:

SVM = S x 45 manat x ZƏ x 1,5

SVM – ödəniləcək verginin məbləği

S – binanın ümumi sahəsi (m²-lə)

45 manat – bina tikintisi ilə məşğul olan şəxslərə tətbiq olunan baza məbləği

 – Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş zona əmsalı

1,5 – qeyri-yaşayış sahələri üçün tətbiq olunan əmsal.

Misal – 1:  “Emin” MTK Bakı şəhərində (Zona 1) ümumi yaşayış sahəsi 20.000 molan bina tikintisi ilə məşğuldur. Bu halda onun ödəməli olduğu  sadələşdirilmiş vergi məbləği aşağıdakı qaydayla hesablanır:

(20.000 m2  x  45 manat   x   4) :10 = 360 000 manat

Binanın sahəsi x Baza məbləği x Zona Əmsalı : Rüb

Misal-2: Tikinti fəaliyyəti ilə məşğul olan fiziki şəxs Zakid Məmmədov Gəncə şəhərində ümumi sahəsi 7.000 m2 (4.000 m– yaşayış və 3.000 m2 qeyri-yaşayış sahəsi) olan bina tikir. Bu halda onun ödəməli olduğu sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

1) 4000 m2    x   45 manat    x    1,5   = 270.000 manat

yaşayış sahəsi x Baza məbləği x Zona Əmsalı

2) 3000 m  x   45 manat  x  1.5  x  1.5  =  303.750 manat

Qeyri-yaşayış sahəsi x Baza məbləği x Zona Əmsalı x Qeyri-yaşayış əmsalı

3) (270.000 manat  +  303.750 manat) : 10 = 57.375 manat.

Misal-3: Bina tikintisi fəaliyyəti ilə məşğul olan Adil Vəliyev tərəfindən Bakı şəhəri üzrə 1-ci zonada (4,0 əmsal) ümumi sahəsi 10.000 m2 olan bina tikilir. Layihə-smeta sənədlərinə əsasən tikiləcək binanın ümumi sahəsinin 8.000 m2  yaşayış sahəsi, 2.000 m2 isə qeyri-yaşayış sahəsidir. Bu halda onun ödəməli olduğu sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

  1. a) Yaşayış sahəsi üzrə: 8.000 m2  x 45 manat x 4 (zona əmsalı) = 1440.000 manat;
  2. b) Qeyri-yaşayış sahəsi üzrə 2.000 mx 45 manat x 4 (zona əmsalı) x 1,5 əmsal = 540.000 manat;

Cəmi ödənilməli vergi: 1.440.000 + 540.000 = 1.980.000 manat.

Misal-4: Bina tikintisi fəaliyyəti ilə məşğul olan Samir Məmmədov tərəfindən Xərdalan şəhəri üzrə (1,5 əmsal) ümumi sahəsi 7.000 m2 olan bina tikilir. Layihə-smeta sənədlərinə əsasən tikiləcək binanın ümumi sahəsinin 8.000 m2  yaşayış sahəsi, 1.000 m2 isə qeyri-yaşayış sahəsidir. Bu halda onun ödəməli olduğu sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

  1. a) Yaşayış sahəsi üzrə: 8.000 m2  x 45 manat x 1.5 (zona əmsalı) = 540.000 manat;
  2. b) Qeyri-yaşayış sahəsi üzrə 1.000 mx 45 manat x 1.5 (zona əmsalı) x 1,5 əmsal = 101.250 manat;

Cəmi ödənilməli vergi: 540.000 + 101.250 = 641.250 manat.

Digər region və şəhərlər üzrə əmsallar burada qeyd olunub: http://www.taxes.gov.az/modul.php?name=sadeleshmish&cat=5

İqtisadçı-ekspert Rauf Qarayev

Son xəbərlər
Digər xəbərlər