ABŞ və Çin arasında ticarət razılaşması üzrə danışıqlar rüsumların artırılmasına baxmayaraq davam edəcək. Bu haqda Reuters agentliyi xəbər verir.
Banker.az xəbər verir ki, “Bizim Çinlə bir sıra mübahisələrimiz olub, çünki onlar onilliklər ərzində bizimlə dürüst olmayıblar”, – deyə Tramp bildirib.
Trump, Çin ilə ABŞ arasındakı dialoqun dayandırılması kimi bir şeyin mümkün olmadığını vurğulayıb Onun sözlərinə görə, Çinlə ticarət sazişi üzrə danışıqlar davam edəcək. Trump həmçinin bir daha jurnalistlərə ÇXR-in sədri Xi Jinping ilə “inanılmaz” münasibətlərindən bəhs edib.
REGNUM xəbər agentliyinin verdiyi məlumata görə, 10 may tarixindən etibarən ABŞ səlahiyyətliləri 200 milyard dollar dəyərində olan Çin mallarının idxalına gömrük rüsumları 10%-dan 25%-a qədər artırmışdır. Çin buna cavab olaraq 2019-cu ilin iyun ayının 1-dən etibarən bir sıra amerikan mallarına gömrük rüsumları qaldırmağı vəd edib.