6 C
Baku
Sunday, December 15, 2024

Roman Abramoviçin 52 000 dollarlıq şam yeməyi

Dünyanın ən bahalı şam yeməyinin sahibi statusu Roman Abramoviçə məxsusdur. O bu şam yeməyində Darya Juokova, oğlu Arkadi və biznesdən üç partnyoru ilə birgə olmuşdu.

Onların bu şam yeməyi Nyu-Yorkda Nello’s restoranında baş tutur. Restoran sahibi Nello Balan jurnalistlərə verdiyi müsahibəsində bildirmişdir: “Əvvəldən məlum idi ki, qonaqlar üçün əsas qiymət deyil, yüksək keyfiyyət və qulluqdur”.

Onlar xarici görünüşcə Nyu-yrokun adi turistlərindən heç nə ilə fərqlənmirdilər. Qeyd edək ki, dünyanın ən bahalı şam yeməyinə həmçinin 2 şüşə Chateau Petrus şərabı, 3 şüşə La Tache Romanee Conti pinot noir və 2 şüşə Cristal rose şampanı daxil idi. Ümumilikdə yalnız içkiyə

35 000 dollar ödənilib.

Restoran sahibi Roman Abramoviçə xüsusi qonaq olduğu üçün futbol topu hədiyyə etmiş və New York Yankees beysbol komandasını əldə etməyi təklif etmişdir. Lakin Abramoviç etiraz edərək bildirmişdir ki, onun Chelsea komandası ilə kifayət qədər problemləri var.

Nəticədə Abramoviç qonaqların şam yeməyi masası arxasında 1 saat 18 dəqiqə keçirdiyi vaxt üçün 52 000 dollar ödəmişdir. Qeyd edək ki, tək şam yeməyinə ödənilən məbləğ 47.221,09 olsa da, buraya daha sonradan xidmət haqqı və ofisiantlara “çay pulu” da əlavə edilmişdir.

10253935_851570188192555_6160247338534281038_n

Son xəbərlər
Digər xəbərlər