Azərbaycanda “Buta Siğorta və Təkrar Siğorta Brokeri” QSC dövlət qeydiyyatına alınıb.
Banker.az-ın xəbərinə görə, nizamnamə kapitalı 2 000 manat olan bu Sığorta Brokerinin qanuni təmsilçisi Əbülfəz Şıxı-dır. Şirkət isə dövlət qeydiyatına ötən ayın 13-ü alınıb.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 29 dekabr 2016-cı il tarixli qərarına əsasən “Buta Sığorta” ASC-nin sığortaçı fəaliyyəti ləğv edilib. Lakin, ləğv olunan zaman həm də o qeyd edilirdi ki, bu səhmdarlarının ümumi yığıncağı tərəfindən həmin “Buta Sığorta”nın könüllü qaydada ləğv edilməsinə dair qəbul edilmiş qərarla bağlı Palataya müraciət etmişdilər.