Rusiya “VTB” bankının Azərbaycandakı törəməsi “Bank VTB (Azərbaycan)” ASC-nin daxili komitələrində sədrləri və bir neçə üzvlər dəyişib.
Banker.az-ın xəbərinə görə, cari ilin ilk rübündə İdarə Heyətinə üzv seçilən Yasin Cəlilov Kredit, İnformasiya texnologiyaları və Aktiv və passivləri idarəetmə komitələtinə üzv seçilib.
Y.Cəlilov Kredit Komitəsində Samir Musayevi, Aktiv və passivləri idarəetməsi komitəsində Fuad İbrahimov (həmçinin İT komitəsindən adı çıxarılıb), İT komitəsində Seyfullayeva Nərminəni əvəz edib.
Bundan əlavə Bankım kredit komitəsində və Aktiv və passivləri idarəetmə komitəsinin məsul katib Rüfət Sultanovu Fəranə Heydərova əvəz edib.
“Bank VTB”nin Bankın Müşahidə şurasının Mükafatlandırma komitəsi sədri Tsaryov Sergey Vladimiroviç seçilib. Bundan öncə bu komitəsə sədr olan Rəsullu Rəşad Fərhad oğlu müavin seçilib.
Mükafatlandırma komitəsinin məsul katibi isə hazırda Məmmədova Səbinədir.