6 C
Baku
Monday, December 16, 2024

İki texnoloji nəhəng arasında patent mübahisəsi həll edilib

Çinin “Huawei” smartfon istehsalçısı və Cənubi Koreyanın “Samsung” şirkəti arasında patent hüququnun pozulması ilə bağlı uzun müddət davam edən mübahisə həll olunub. Bu barədə “Beijing Business Today” nəşri məhkəmə sənədinə istinadən məlumat verib.

Quandun əyaləti Ali Xalq Məhkəməsinin məlumatına görə, iki texnoloji nəhəng tərəflərə məxsus patentdən birgə istifadə üçün əsas olacaq razılığa gəlib.

Bundan başqa, şirkətlər tərəfindən patent hüququnun pozulması ilə bağlı qaldırılmış digər iddialar həllini tapacaq.

Şirkətlər müvafiq ittihamların ləğv edilməsi üçün işə başlamağı planlaşdırırlar. Razılaşma barədə ətraflı məlumat verilmir.

 

Son xəbərlər
Digər xəbərlər