“Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-nin fəaliyyətinə xitam verilərək ana şirkət olan “Veysəloğlu” MMC-yə qoşulacaq.
Banker.az bu barədə Şirkətin elanına istinadən xəbər verir.
Bunun nəticəsi olaraq şirkət yenidən təşkil edildiyini elan edir.
Xatırlatmaq istərdik ki, fəaliyyətinə xitam verilərək digərinə qoşulan şirkətə “Ulduz” Şokolad Fabriki də daxil idi.
Bundan əlavə, Azərbaycanda böyük “Araz” supermarketlər şəbəkəsi “Veysəloğlu” MMC-yə məxsusdur.