9 C
Baku
Thursday, December 12, 2024

İyunda “Evrascon” səhmdarlarına dividend ödəyəcək

İyunun 23-də, saat 11:00-da Avro-Asiya İnşaat Korporasiyası – “EVRASCON” ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.

Report Agentliyi  xəbər verir ki, yığıncaq Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi, 8 ünvanında olacaq.

Yığıncağın gündəliyinə Korporasiyanın ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının, yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi, səhmdarlara dividendlərin hesablanması məsələləri daxildir.

Xatırladaq ki, “EVRASCON” ASC 2003-cü ildə yaradılıb. Səhmdar cəmiyyəti 1968-ci ildə Bakıda SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin nəzdində yaradılmış və 2001-ci ildə adını “Azərkörpü” ASC-yə dəyişmiş “Körpütikintidəstəsi-100” müəssisəsinin hüquqi varisidir. Onun nizamnamə kapitalı 377 290 manatdır. 

Son xəbərlər
Digər xəbərlər