14 C
Baku
Saturday, May 4, 2024

“Narahatçılıq üçün faktor yoxdur”: AMB-dən məzənnə açıqlaması

“Manatın məzənnəsinin sabitliyi üçün bu gün ölkədə bütün makroiqtisadi əsaslar qüvvədədir və narahatçılıq üçün faktor yoxdur”.

Bunu Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın valyuta ehtiyatları və beynəlxalq əmtəə bazarlarındakı vəziyyət imkan verir ki, ölkədə 2017-ci ildə sabitləşən, bərqərarlaşan iqtisadi sabitlik bundan sonra da təmin olunsun.

A.Quliyev, həmçinin qeyd edib ki, manatın məzənnəsinin ilin sonuna qədər sabitliyinin təmin olunması üçün bütün əsaslar mövcuddur.

Azvision

Son xəbərlər
 ⁠
Digər xəbərlər