10 C
Baku
Thursday, December 12, 2024

“Google” şirkəti “Huawei” ilə bütün münasibətlərini kəsdi

“Google” şirkəti “Huawei” ilə bütün münasibətlərini kəsib. Beləliklə, Çin şirkəti “Google”-a məxsus olan müxtəlif xidmətlər və tətbiqlərə çıxışını itirəcəkdir.

ABŞ-ın Ticarət Nazirliyi Çin şirkətini qara siyahıya salmaq niyyətini açıqladıqdan sonra, “Google” rəhbərliyi “Huawei Technologies” ilə bütün əməkdaşlıq münasibətlərini kəsmək qərarına gəlib. Reuters tərəfindən bildirildiyi kimi, bu, “Huawei”-in Android əməliyyat sisteminin yeniləmələrinə çıxışını itirməsi və artıq bir sıra smartfonların Google Play Store və Gmail kimi tətbiqlərdən məhrum edilməsi deməkdir.

“Google” şirkətinin verdiyi məlumata görə, istifadəçilər smartfonlarda artıq quraşdırılmış xidmət və tətbiqlərdən istifadə etməyə davam edə bilərlər. Əməkdaşlığın pozulması faktı “The Verge” nəşriyyat mənbələri tərəfindən təsdiqlənib.

Daha əvvəl, ABŞ prezidenti Donald Trump ölkədə informasiya və kommunikasiya şəbəkələrinin qorunması üzrə hakimiyyət orqanlarının səlahiyyətlərini genişləndirmək üçün fövqəladə vəziyyət elan etmişdir. Sənəd ABŞ şirkətləri ilə xarici kontragentlər arasında tranzaksiyaların blok edilməsini nəzərdə tutur. Xüsusən, söhbət Vaşinqtonda “ABŞ-ın müxalifləri” sayılan xarici şirkətlərdən gedir.

Sənədin digər məsələlərlə yanaşı, Vaşinqtonun casusluqda ittiham etdiyi Çin şirkətlərinə qarşı yönəldilməsi nəzərdə tutulur.

Reuters tərəfindən qeyd olunduğu kimi, “Huawei” ilə bağlı olan bu vəziyyət ABŞ və Çin arasında baş verən iqtisadi münaqişənin davamıdır. Vaşinqton Pekini öz şərtləri ilə yeni ticarət sazişi imzalamağa məcbur etmək niyyətində olduğunu bildirib. Lakin tərəflər hələki heç bir razılığa gələ bilməyiblər.

Son xəbərlər
Digər xəbərlər