Müştərilərin rahatlığını nəzərə alan Bank “BTB” ASC bu dəfə hüquqi şəxslər və fərdi sahibkarlar üçün yeni xidmət təklif edir.
Belə ki, Bank BTB-nin saytında hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən cari bank hesabı açmaq üçün online sifariş forması tətbiq edilib. Hüquqi şəxslər və Fərdi sahibkarlar Bank BTB-nin rəsmi saytında müvafiq səhifədə Hesab açmaq üçün təşkilatın hüquqi növü, təşkilatın VÖEN-i, əlaqəli şəxsin adı və əlaqə nömrəsi barədə məlumatları daxil edərək online sifariş formasını göndərmiş olurlar.
Onlayn doldurulmuş müraciət banka daxil olur. Müvafiq bank mütəxəssisləri daxil olan sifarişləri qısa zamanda dəyərləndirib hər bir müraciətin cavablandırılmasını təmin edirlər.