Dedi-qoduçular bu insanlar haqda deyirlər ki, onlar dünyanı idarə edir, onların nüfuzu və korporativ mühitdə siyasi mövqeləri məntiqi təsəvvürləri aşır. Hələ Con Pirpont Morqanın vaxtlarında (müasirləri onu Nyu-Yorkun hakimlərindən biri hesab edirdilər) amerikan bankirləri Amerikanın həyatında aşkar və çox əhəmiyyətli çəkiyə malik olublar.
Lakin ABŞ-ın ən varlı insanlarının son qiymətləndirməsi onu göstərdi ki, bu sahədən bankirlərin sayı böhranaqədərki dövrlə müqayisədə azalmışdır. Ancaq, Olimp zirvəsində qalmağı bacaran və öz mövqeyini heç kimə verməyənlər kimdir axı?
Amerikanın top-7 ən varlı bankirlər
7-ci yer
Bernard Soul
- sərvəti: $1,2 mlrd
- şirkət: Chevy Chase Bank (2009-cu ildə $476 mln əvəzində Capitаl One qrupuna daxil edildi)
- yaş: 80 yaş
6-cı yer
Aleksandr Knaster
- sərvəti: $1,4 mlrd
- şirkət: Alfa-Bankın keçmiş sahibi
- yaş: 53 yaş
5-ci yer
Cerald C. Ford
- sərvəti: $1,75 mlrd
- şirkət: Golden State Bancorp. 2002-ci ildə Citigroup-un tərkibinə $6 mlrd müqabilində daxil oldu.
- yaş: 68 yaş
4-cü yer
Qerbert Allen Jr
- sərvəti: $2 mlrd
- şirkət: Allen & Co.
- yaş: 72 yaş
2-ci və 3-cü yerlər
Uorren Stivens
- sərvəti: $2,7 mlrd
- şirkət: Stephens, İnc.
- yaş: 55 yaş
2-ci və 3-cü yerlər
Devid Rokfeller Sr
- sərvəti: $2,7 mlrd
- şirkət: Rockefeller Brothers Fund-ın tərkibinə daxildir.
- yaş: 97 yaş
1-ci yer
Endryü Bill
- sərvəti: $8,4 mlrd
- şirkət: Beal Bank.
- yaş: 59 yaş