Özlərini “qara gödəklər” kimi adlandıran fəallar. Parisin “Şarl de Qol” hava limanının beynəlxalq terminallarından birinə basqın ediblər.
Banker.az xəbər verir ki, Parisdəki “Şarl de Qol” hava limanının 2 nömrəli terminalını (400-dən 500-ə qədər müxtəlif mənbələrə görə) qeyri-qanuni miqrantlar işğal edib. “Fransa fransızlara məxsus deyil! Hər kəsin burada olma haqqı var!” – qalmaqalın iştirakçılarından biri meqafonla qışqırıb. Aksiyanın təşkilatçısı “La Chapelle Debout” (“qara gödəklər”) tərəfindən təşkil edilmişdi. Onlar Fransa hakimiyyətinin əcnəbilərə sığınacaqla təmin edilməsi məsələsinə münasibətdə apardığı siyasətindən narazılığını bildiriblər.
Fəallar qrupu hökumətdən ölkənin baş naziri Eduard Filip ilə görüşün keçirilməsini, hava limanından isə deportasiyalarda maliyyə, maddi, maddi-texniki və ya siyasi iştirakının dayandırılmasını tələb edib. Aksiyanın iştirakçılarından birinin verdiyi məlumata görə, onların əsas hədəflərindən biri də “Air France” dır.
Aksiya iştirakçıları sərnişinlərin reyslərə daxil olmalarına mane olaraq, bütün tələblərin dərhal yerinə yetirilməsini istəyiblər. Polis əməkdaşları mövcud etirazçıları dağıtmağa çalışsalar da, heç nəyə nail ola bilməyiblər.
“Qara gödəklər” qrupunun Facebook səhifəsində “Hər kəs üçün sənədlər” və ərəb dilində “Qələbə üçün inqilab” sloqanı qeyd edilib.