Hər il Avropa, Yaxın Şərq və MDB olmaqla, üç regionda keçirilən “Monex Summit” tədbiri bu il 30 May – 1 iyun tarixlərində Bakıda keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Mərkəzinin, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi dəstəyi, “Synergy Partnership” şirkətinin PR dəstəyi, FA İnternational Trade Events şirkəti və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı ilə “InnoFest” çərçivəsində keçiriləcək genişmiqyaslı sammit sərgi, konfrans, Boulevard Hotelde keçiriləcək 2 günlük konfrans, Heydər Əliyev Mərkəzində baş tutacaq qala gecəsi və Elektra Events Hallda dünyaca məşhur ifaçı INNA-nın iştirak edəcəyi Monex Party kimi bir sıra tədbirlərdən ibarət olacaq.
“Monex Caspian” sammitində, fintech və bank sənayesinin ən mühüm liderləri bir araya gələcək. Tədbirdə 300-dən çox yerli və xarici şirkət, regional dövlətlərin Mərkəzi Bankları, Pasha Bank, Societe Generale, Sberbank, ING Bank, AliBaba.com, Mastercard, Oracle və s. kimi müəssisə və şirkətlərdən birbirindən görkəmli spikerlər, investorlar, sərgi iştirakçıları, bank sahəsindən ən mühim simalar iştirak edəcək. Tədbirdə həmçinin startuplara böyük məbləğdə investisiya elanları olacaq.
“Monex Summit Caspian” sammitində iştirak etməklə nələr əldə edəcəksiniz?
İki gün davam edəcək tədbirdə siz Fintech liderləri , C-level təmsilçilər, dövlət nümayəndələri, Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Şərqi Avropanın nəhəng banklarından olan ekspertlərlə, həmçinin, dünyanın Payment, Security, Data və İT şirkətləri ilə görüş, təqdimatçılar tərəfindən aparılan mühüm tanışlıqlar, panel müzakirələr və peşəkar komanda tərəfindən təşkil olunan B2B görüşlər, start-up şirkətləri üçün dinləyicilər qarşısında real investisiya və potensial müştərilərlə dostluq imkanları əldə edəcəksiniz.
Daha ətraflı məlumat və qeydiyyat üçün “Monex Summit Caspian” sammitinin rəsmi saytına https://caspian.monexsummit.com/overall daxil ola və ya 012 464 83 32 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.