Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilib.
Banker.az xəbər verir ki, bu dəyişikliyi Azərbaycan Prezidenti İlham Əliyev təsdiqləyib.
Qanunda deyilir,
Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 98.15-ci maddəsinə “müddəaları” sözündən sonra “, 98.5-ci və 98.11.1-ci maddələrində qeyd edilmiş məsələlərlə əlaqədar səhmdar investisiya fondlarına münasibətdə isə “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları” sözləri əlavə edilsin.
(Əvvəl – 98.15. Bu Məcəllənin 98.4-cü, 98.5-ci və 98.11.1-ci maddələrində qeyd edilmiş məsələlərlə əlaqədar banklara, sığortaçılara və qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərə münasibətdə “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarının müddəaları tətbiq edilir.)
Maddə 2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 69.4-cü maddəsinə “nümayəndəsi” sözündən sonra “(təsviyəçi, ləğvedici)” sözləri əlavə edilsin.
(Əvvəl – 69.4. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyasının səlahiyyətli nümayəndəsi çıxış edir.)
Maddə 3. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 77.4.4-cü maddəsinə, 79.1-ci maddəsinin birinci, ikinci və üçüncü cümlələrinə, 149.4-cü maddəsinin birinci və ikinci cümlələrinə “ləğvetmə komissiyası” sözlərindən sonra “(təsviyəçi, ləğvedici)” sözləri əlavə edilsin.
Maddə 4. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 190.1-ci maddəsinin birinci cümləsinə “təsviyəçiyə” sözündən sonra “, ləğvediciyə” sözü əlavə edilsin.