24 C
Baku
Monday, September 30, 2024

Google şirkəti “Huawei” smartfonlarını öz saytlarından silib

  Görünür, Google şirkəti Huawei ilə əməkdaşlığın dayandırılması məsələsində çox qərarlıdır və buna görə də o, şirkətin smartfonlarını öz saytlarından silib. Bu barədə 9to5google saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə Android.com saytından Huawei Mate X ilə P30 Pro smartfon modelləri siliniblər. Daha öncə Mate X modeli saytın “Yeni və yaxşı telefonlar” bölməsində yerləşirdi. Həmin bölməyə həmçinin Samsung Galaxy S10 5G, LG V50 ThinQ 5G və Xiaomi Mi Mix 5G smartfon modelləri daxildirlər. P30 Pro modeli isə “Ən yaxşı kameralara sahib smartfonlar” bölməsində yerləşirdi.

image 97473239013925

image 11354407062754

    Bundan əlavə olaraq Android Enterprise Recommended də bu cür təmizlənməyə məruz qalıb. Android Enterprise Recommended Google şirkətinin tələblərini ödəyən və şirkətin dəstəyini əldə edən Android smartfonların tövsiyyə olunan siyahısıdır. Daha öncə həmin siyahıda Mate 10 və P10 seriyaları da daxil olmaqla Huawei şirkətinin bir sıra smartfon modelləri yerləşirdilər.

image 74081965489313

    İndi isə həmin siyahıda heç bir Huawei modeli yoxdur. Bununla yanaşı siyahıdan həmçinin Nexus 6P smartfon modeli də çıxarılıb. Halbuki həmin smartfonu Huawei şirkəti Google ilə birlikdə hazırlayırdı və o, “Korporativ qərarlar kataloqu” bölməsində yerləşirdi.

©Technote

Son xəbərlər
Digər xəbərlər