8 C
Baku
Wednesday, November 6, 2024

Bezosun keçmiş həyat yoldaşı sərvətinin yarısını xeyriyyəyə verəcək

Forbes jurnalının qiymətləndirmələrinə görə, dünyanın ən zəngin insanı olan Jeff Bezos-un keçmiş həyat yoldaşı “Giving Pledge” adlı xeyriyyə kampaniyasına qatılıb. Onu sərvəti $35-36 mlrd. dəyərində qiymətləndirilib.

Banker.az xəbər verir ki, “Amazon” şirkətinin direktoru olan Jeff Bezos-un keçmiş həyat yoldaşı Mackenzie Bezos, sərvətinin yarısını xeyriyyəyə bağışlayacağını bildirib.

Bezos, 2010-cu ildə milyarderlər Warren Buffett və Bill Gates tərəfindən başladılan “Giving Pledge” xeyriyyə kampaniyasına qatılıb. Bu günə qədər “Bağışlama andı” nı bir neçə yüz nəfər imzalayıb, onlar sırasına Ilon Musk və Mark Zuckerberg da daxildir.

“Mənim pulum çoxdur. Xeyriyyəyə olan yanaşmam bundan sonra da rasional olacaq”, – deyə Mackenzie Bezos bildirib. Reuters agentliyinin qiymətləndirmələrinə görə, onun sərvəti 36 milyard dollar təşkil edir.

Xatırladaq ki, Jeff Bezos və Mackenzie Bezos cari ilin yanvar ayında ayrılıblar. Onların üç oğlan və bir qız övladları var. Aprel ayında Mackenzie Bezos boşanma prosesinin sona çatdığını elan edərək, keçmiş həyat yoldaşı ilə mülkiyyət bölgüsünün şərtlərini razılaşdığını bildirmişdir. “The Washington Post” qəzetinin və “Blue Origin” şirkətinin səhmləri və “Amazon” şirkətində 75%-lik pay Jeff Bezosa qaldı. Boşanma prosesindən sonra Mackenzie Bezos şirkətin 4%-lik səhm paketinə sahib oldu.

 

 

Son xəbərlər
Digər xəbərlər