12 C
Baku
Wednesday, December 11, 2024

BVF vergi dərəcələrini artırmağı deyil, vergi bazasını genişləndirməyi tövsiyə edir

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində son qırx ildə aparılan vergi islahatları, sxemlərindən asılı olmayaraq, makroiqtisadi sabitləşməyə müsbət təsir göstərib.

Beynəlxalq Valyuta Fondunun hesabatında göstərilib ki, həm birbaşa və dolayı vergilərin bazasının genişləndirilməsi, həm də onların dərəcələrinin artırılması iqtisadiyyatların şoklara qarşı dayanıqlığını artırıb.

Bununla belə, vergi bazasının genişləndirilməsinə yönəldilmiş islahatlar dayanıqlılıq effektinin statistika baxımından daha əsaslı və güclü olduğunu göstərir. Bu istiqamətdə aparılan islahatlar iqtisadiyyatın qısamüddətli artımını nəzərəçarpacaq dərəcədə ləngitmir, əksinə, ortamüddətli artımı sürətləndirir. 

©Vergilər

Son xəbərlər
Digər xəbərlər